Rusiya müdafiə xərclərini əhəmiyyətli dərəcədə artıraraq Ukraynaya qarşı uzun, çoxillik müharibəyə hazırlaşır.
Globalinfo.az Axar.az -a istinadən xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirıliyinin hesabatında qeyd olunub.
“Çox güman ki, Rusiya Maliyyə Nazirliyindən sızdırılan sənədlər Moskvanın müdafiə xərclərini 2024-cü ildə ümumi dövlət xərclərinin təxminən 30 faizinə yüksəlməli olduğunu göstərir. Nazirlik 10,8 trilyon rubl məbləğində müdafiə büdcəsi təklif edir ki, bu da ÜDM-in təxminən 6 faizinə bərabərdir və 2023-cü illə müqayisədə 68 faiz artım deməkdir”, – hesabatda qeyd olunub.
Britaniya MN hesab edir ki, Rusiya dövlətin digər ehtiyacları üçün xərcləri azaltmaqla 2024-cü ilə qədər müdafiə xərclərini bu səviyyədə saxlaya biləcək.
“Rusiyanın müdafiə sektoruna xərcləmələri haqqında məlumat tam məxfiləşdirilib. Bununla belə, hətta sızdırılmış rəqəmlər belə göstərir ki, Rusiya Ukraynada uzun illər döyüşlərə hazırlaşır”, – məlumatda bildirilib.