Rusiyanın üç sursat anbarı məhv edilib

Bu gün Ukrayna qoşunları Rusiya ordusunun komanda məntəqələrini, cəmləşmə rayonlarını və silah-sursat anbarlarını vurub.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yaydığı hesabatda bildirib.

Məlumata görə, Rusiya ordusu qanadlı raketlərindən istifadə etməklə Ukraynaya beş raket zərbəsi endirib.

Ukrayna aviasiyası isə RF Silahlı Qüvvələrinin şəxsi heyətinin cəmləşdiyi ərazilərə 13 zərbə endirib. Ukrayna müdafiəçiləri, həmçinin İranın 20 “Shahed” PUA-sını, həmçinin Orlan-10 operativ-taktiki səviyyəli pilotsuz uçan aparatını məhv ediblər. Raket və artilleriya bölmələri Rusiyanın 2 komanda məntəqəsini, S-300 zenit-raket kompleksini, hərbi cəmləşmə zonasını, iki sursat anbarını və beş artilleriya bölməsini vurub.