Rusiyanın Qara dənizdəki taxıl blokadasını ilk dəfə İsrail mülki gəmisi yarıb.
Globalinfo.az UNİAN-a istinadən xəbər verir ki, “Ams1” Dunay çayının Ukrayna qoluna daxil olub.
““Bu, iyulun 25-də Reninin bombalanmasından sonra Rusiyanın Qara dəniz blokadasını pozan ilk gəmidir. Səyahətinə Aşdoddan başlayan İsrail açıq şəkildə gedəcəyi yeriin Ukrayna olduğunu bildirib”, – deyə qeyd olunub.