tusk 1 900x556 2

Polşanın Xarici İşlər Nazirliyi səfir Georgi Mixnonu ölkənin cənub-şərqinə Rusiya raketinin düşməsi ilə bağlı izahat verməsi üçün nazirliyə çağırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk X sosial şəbəkəsində paylaşım edib.

“Bu gün Polşa XİN ölkə ərazisinə düşən raket insidenti ilə əlaqədar Rusiyanın səfirini nazirliyə çağırıb”, – deyə Donald Tusk vurğulayıb.

Detallar barədə ətraflı məlumat verilməyib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: