Rusiyadan İrəvana xəbərdarlıq: Regionda vəziyyət qarışa bilər

“Ermənistanın KTMT-dən çıxması gündəmdə deyil”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin KTMT məsələləri üzrə səfiri Viktor Vasilev deyib.

Rəsmi İrəvanın KTMT tədbirlərində iştirak etməməsi ilə bağlı sualı cavablandıran diplomat qeyd edib ki, bu, Qərbin təzyiqi və Ermənistan rəhbərliyinin seçimidir.

Vasilev bildirib ki, Ermənistanın təhlükəsizliyi KTMT çərçivəsində əməkdaşlıq olmadan mümkün deyil.

“Rusiya Qərbin Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək cəhdlərini görür və bu barədə İrəvanı məlumatlandırır”, – o əlavə edib.

Safura Bənnayeva
Globalinfo.az