RUS XIN

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azov dənizində PUA zərbəsi nəticəsində həlak olmuş azərbaycanlı dənizçilərin yaxınlarına və ailələrinə başsağlığı verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

“Biz çox yaxşı bilirik ki, Qara dənizin və hətta Aralıq dənizinin akvatoriyalarında mülki gəmilərə hava və dəniz dronları ilə hücum edən kimdir”, – o bildirib.

Qeyd edək ki, “Natra” və “Zirkon” gəmilərinə hücum nəticəsində 5 azərbaycanlı ölüb, 3 nəfər yaralanıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: