1714945206 rusiya ordusu 2 900x600 1

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Ukrayna ilə bağlı gərgin açıqlamalar verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Vesti” portalı məlumat yayıb.

O bildirib ki, Kiyev Baltikyanı ölkələrin ərazisindən pilotsuz uçuş aparatlarının (PUA) buraxılması ssenarisini nəzərdən keçirir və belə addım atılacağı təqdirdə Rusiyanın cavab tədbirləri qaçılmaz olacaq.

Nebenzya vurğulayıb ki, Moskva bunu birbaşa təhlükəsizlik təhdidi kimi qiymətləndirəcək və buna uyğun reaksiya verəcək. O, mümkün cavabın xarakteri barədə detallı məlumat verməsə də, Rusiyanın öz təhlükəsizliyini təmin etmək üçün bütün vasitələrdən istifadə edəcəyini qeyd edib.

Rusiyalı diplomat çıxışında Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallasın vasitəçilik təşəbbüslərini də sərt tənqid edib. Nebenzya onun danışıqlarla bağlı açıqlamalarını “lağ etmə” adlandıraraq, -nin münaqişədə neytral mövqe tutmadığını iddia edib.

Tahir Turan
Globalinfo.az

Paylaş: