Rusiyada baş verən təyyarə qəzasının detalları bilindi – VİDEO

Rusiyanın Moskva vilayətində iki nəfərin həyatını itirdiyi yüngülmühərrikli təyyarənin qəzaya uğraması ilə bağlı yeni təfərrüat ortaya çıxıb.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, sınaq uçuşu zamanı qəzaya uğrayan, pilot və yanındakı digər şəxsin həyatını itirdiyi “An-2” təyyarəsi, bəzi mənbələrə görə, bir nüsxədə mövcud olan “Aleks-251” amfibiya təyyarəsi olub. Bu ad onun göyərtəsində də göstərilib.

İddia edilir ki, təyyarənin havaya qalxması təsadüfən baş verib – ekipaj mühərrikin yoxlanmasını həyata keçirərkən onun yerdən aralanmasına yol açıb. Təyyarə havaya qalxdıqdan demək olar ki, dərhal sonra yerə düşüb.

Həmçinin bildirilir ki, “Aleks-152” təyyarəsini işdən çıxarılan SSJ-100 sınaq pilotu idarə edib.

Aleksandr İvanov adlı pilot 1-ci dərəcəli sınaqçı olub və təkcə perspektiv mülki modeli deyil, həm də hərbi “MiQ” və “SU”nu sınaqdan keçirib. Onun əfsanəvi “Tu-134”, “Yak-40” və onlarla başqa təyyarələrdə işləmək təcrübəsi olub. Pilotun 3500 uçuş saatı olub və 1000-dən çox sınaq həyata keçirib.

İlkin məlumata görə, şirkətin direktoru Aleksey Tansırev və Aleksandr İvanov “Aleks-152” amfibiyasının iş qabiliyyətini yoxlamaq üçün Vatulinoya gediblər, lakin nəsə yolunda getməyib. Aerodromun uçuş-enmə zolağından 250 metr aralıda təyyarə düşüb, İvanov və Tansırev hadisə yerində ölüblər.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü (hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanılıb.

***15:10

Rusiyada təyyarə qəzaya uğrayıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın operativ qurumları məlumat yayıb.

İlkin məlumata görə, təlimi uçuşu həyata keçirən An-2 təyyarəsi “Verbilki” aeroklubuna məxsus olub.

TASS-ın məlumatına görə, təyyarədə iki nəfər olub, onların hər ikisinin həlak olduğu bildirilir.