
Rusiyanın “S7” aviaşirkətinin təyyarəsi Novosibirskdə məcburi eniş edib.
Globalinfo.az xəbər verir ki, təcili enişə mühərriklərdəki yanğın səbəb olub.
Bildirilib ki, Novosibirsk-Moskva reysi yerli vaxtla saat 06:21-də start götürüb və dərhal sonra yanğın başlayıb.
Saat 07:04-də təyyarə Tolmaçevo hava limanına təhlükəsiz eniş edib. 176 sərnişinin hamısı xəsarət almadan təyyarəni tərk edib.
Safura Bənnayeva
Globalinfo.az