Rusiyada vəzifəli general saxlanıldı

Rusiyada Baş Qərargah rəisinin müavini general Vadim Şamarin saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, Şamarin dələduzluq maddəsi ilə cinayət işi üzrə axtarışa verilib.

V.Şamarin külli miqdarda rüşvət almaqda ittiham olunur.

O, dindirilmək üçün Rusiya Federasiyası İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinə aparılıb.

Leyla Əlisoy
Globalinfo.az