Rusiyada 2500 ukraynalı əsir saxlanılır

Rusiya 2500 ukraynalını əsir saxlayır.

Globalinfo.az bildirir ki, APA-nın xəbərinə görə, bunu BBC-ə açıqlamasında Ukrayna Baş nazirin reinteqrasiya məsələləri üzrə müavini İrina Vereşuk deyib.

“İnsanlar əsirlikdə qalır, ən pisi isə orada mülki şəxslər qalır. Söhbət 2500 insandan gedir”, – deyə Vereşuk bildirib.

Onun sözlərinə görə, əsirlikdə qalnların çoxu qadındır.

“Biz məsələni bir yerə qoymalı və mülki şəxslərin azad edilməsini tələb etməliyik. Mülki şəxslər dəyişdirilməlidir, qaytarılmalıdır”, – deyə İrina Vereşuk bildirib.