
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aleksandr Lukaşenkonu Belarusda keçirilən son prezident seçkisində qələbəsi münasibətilə təbrik edib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Belta” məlumat yayıb.
Ərdoğan Ankara ilə Minsk arasında əməkdaşlığın möhkəmlənəcəyinə əmin olduğunu bildirib:
“Əminəm ki, ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar sahələrdə mövcud əməkdaşlıq birgə səylərimiz sayəsində qarşıdakı dövrdə daha da möhkəmlənəcək”.
Qeyd edək ki, Aleksandr Lukaşenko yanvarın 26-da keçirilən prezident seçkilərində 86,82% səslə qalib gəlib.