“Rusiya yeni Azərbaycan-Ermənistan savaşı başlatmaq istəyir”

Ukraynaya müdaxilə edən Rusiya neytral sülhməramlı fəaliyyət apara bilməz.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç deyib.

“Rusiyanın regiondakı mövqeləri əhəmiyyətli dərəcədə zəifləyib, reytinqi isə Ukraynada etdiklərinə görə çox aşağıdır. Azərbaycanla Ermənistan arasında hərbi konflikti stimullaşdırmaqla Moskva prosesi idarə etmək istəyir. Bu, yalnız Rusiyanın maraqlarına cavab verir. Rusiya sülhün bərpası mənasında stabillikdə maraqlı deyil”, – o bildirib.