Rusiya yanlışlıqla öz təyyarəsini vurdu – FOTO

Rusiya hava hücumundan müdafiə sistemlərinin səhvən vurduğu Su-35-in fotosu yayılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin keçmiş müşaviri Anton Geraşenko paylaşım edib.

“Bu günlərdə Rusiyanın məhv etdiyi Su-35-i xatırlayırsınız? Budur, Tokmak yaxınlığındakı tarlada payız günəşi altında uzanıb. O, heç yerə uçmayacaq”, – Geraşenko bildirib.

Qeyd edək ki, Rusiya ordusunun Tokmak yaxınlığında yanlışlıqla rus ordusuna məxsus Su-35 təyyarəsini vurduğu haqda ötən gün məlumat yayılmışdı.