Rusiya XİN: “Qərb Ermənistanı siyasi alətə çevirməyə çalışır”

“Qərb Ermənistanı siyasi alətə çevirməyə çalışır”.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Rusiya Xarici İşlər Nazirliyi Böyük Britaniya müdafiə nazirinin müavini Ceyms Hippinin “Rusiyadan gələn təhlükələr fonunda Ermənistanı dəstəkləməyə hazırıq” bəyanatına cavab verib.

“Böyük Britaniyanın postsovet məkanında, o cümlədən Cənubi Qafqazda atdığı bütün addımların anti-Rusiya mahiyyəti daşıdığı heç kimə sirr deyil və bu, bizi təəccübləndirmir. Qərb Ermənistanı özünün Moskvaya qarşı siyasətinin alətinə çevirir. Bütün bunlar erməni siyasətçilər üçün düşünmək fürsəti yaradır.”, – Rusiya XİN-dən bildirilib.

Əliyar Xəlil
Globalinfo.az