Rusiya və İsrailin xarici işlər nazirləri arasında telefon danışığı olub.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail XİN başçısı “Twitter” hesabında paylaşım edib.
“İndi Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon söhbətini bitirdim, o, məni vəzifəyə başlamam münasibətilə təbrik etmək üçün zəng etmişdi. Biz bir sıra ikitərəfli və regional məsələləri, ölkələrimiz arasında münasibətləri müzakirə etdik”, – deyə İsrail XİN başçısı qeyd edib.