İran Paşinyanı danladı – İndiyə qədər beləsi olmamışdı…

Rusiya və İranın Ermənistanla münasibətlərində müəyyən gərginlik müşahidə olunur.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

“Moskvanın şilləsindən sonra indi də İran Ermənistan hakimiyyətini danlayır və xəbərdarlıq edir. Paşinyanın hakimiyyətə gəlməsinə qədər İran və Rusiyanın Ermənistan hakimiyyəti ilə bu cür danışmasını xatırlamaq çətindir.

Görünür, Qərb öz oyununu Ermənistana diktə edib. Dövlətimizi bütün mümkün sui-qəsd cəhdləri ilə parçalayıb”, – nəşr bildirib.

Tamerlan Yayaqan
Globalinfo.az