Rusiyanın Ukraynanı kütləvi raket və dron atəşinə tutması fonunda Polşa aviasiyası havaya qalxıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Polşa silahlı qüvvələrinin komandanlığı məlumat yayıb.
Hərbi aviasiyanın ölkənin hava məkanının təhlükəsizliyini təmin etmək üçün havaya qaldırıldığı bildirilib.
Qeyd edək ki, bu gün səhər saatlarından etibarən Rusiya Ukraynaya kütləvi raket və dron zərbələri endirməyə başlayıb.