serencam 1

Azərbaycanla Özbəkistan arasında imzalanmış turizm və mədəniyyət sahələrində əməkdaşlıq sazişləri təsdiq edilib.

Globalinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla əlaqədar müvafiq fərmanlar imzalayıb.

Dövlət başçısının fərmanlarına əsasən, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

X X X

“Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyasına İkinci Əlavə Protokol təsdiqlənib.

Globalinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı protokolun təsdiqi haqqında qanun layihəsini imzalayıb.

Sənədə əsasən, 2001-ci il 8 noyabr tarixli “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyasına İkinci Əlavə Protokol Azərbaycanın müvafiq qeyd-şərti və bəyanatları ilə təsdiq edilib.

Paylaş: