Venesuela müxalifətinin lideri Mariya Korina Maçado 10 aydan çox sürgündə qaldıqdan sonra vətəninə qayıdıb.
Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə paylaşım edib.
Kaçado, “Mən buradayam. Sizinləyəm” sözlərini yazıb.
Məlumata görə, onun qayıdışı ABŞ, Panama və Kolumbiya hökumətləri ilə razılaşdırılıb.
Müxalifət lideri şəxsi təyyarə ilə Panamadan Kolumbiyaya yola düşüb, daha sonra isə bazar günü quru yolu ilə Venesuela sərhədini keçib.
Onun hərəkətləri barədə məlumatlı mənbə uçuşun ötən həftənin sonunda baş tutduğunu və Maçadonun ABŞ-ın özəl təhlükəsizlik şirkətinin əməkdaşlarının müşayiəti ilə səfər etdiyini bildirib.
ABŞ tərəfi Maçadonun qayıdışı barədə Venesuela hakimiyyətini əvvəlcədən məlumatlandırıb.
Vaşinqtonun Karakasdan prosesə müdaxilə etməməyi və müxalifət liderinin təhlükəsizliyinə təhdid yarada biləcək addımlardan çəkinməyi tələb etdiyi bildirilir.
Xatırladaq ki, Maçado 2025-ci ilin sonunda Venesuelanı gizli şəkildə tərk edib. O, hakimiyyətin qoyduğu qadağaya baxmayaraq, Nobel Sülh Mükafatını qəbul etmək üçün ölkədən ayrılmışdı.
Safura Bənnayeva
Globalinfo.az