rusiya raket12

Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın pilotsuz uçuş aparatlarında təhlükəli radioaktiv elementlərdən istifadə etdiyini iddia kimi irəli sürüb.

Globalinfo.az xəbər verir ki, Ukrayna ordusunun yaydığı məlumata əsasən, əks-kəşfiyyat əməkdaşları və müstəntiqlər Rusiya ordusunun kasadlaşdırılan uran elementləri olan döyüş sursatlarından istifadə etməsinə dair iki yeni fakt sənədləşdiriblər.

Bildirilib ki, təhlükəli komponentlər 2026-cı ilin aprel ayında Rusiyanın Sumı vilayətinə hücum zamanı istifadə etdiyi “Geran-2” tipli zərbə dronlarında aşkarlanıb. İddiaya görə, pilotsuz uçuş aparatlarında döyüş başlığı kimi “R-60M” tipli idarəolunan raketlərdən istifadə olunub.

Ordu və Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mütəxəssislərinin hadisə yerlərində apardıqları ölçmələr zamanı qamma şüalanmasının səviyyəsinin müvafiq olaraq 8,3 və 10,5 mikrozivert/saat olduğu, bunun isə təbii radiasiya fonunu xeyli üstələdiyi bildirilib.

Qurumun sifarişi ilə aparılan ekspertizanın nəticələrinə əsasən, raketlərin döyüş başlıqlarında ümumi çəkisi 2 810 qram olan kasadlaşdırılan uran tərkibli zədələyici elementlər aşkarlanıb. Ordu mütəxəssislərinin həmin elementlərdə müxtəlif uran izotoplarını müəyyən etdiyi qeyd olunub.

Rusiya tərəfi isə hələlik Ukrayna ordusunun bu iddialarına münasibət bildirməyib.

998419 src

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: