Rusiya bu mahnıya görə müğənnini axtarışa verdi – VİDEO

Rusiya Daxili İşlər Nazirliyi ukraynalı müğənni Camalanı axtarışa verib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Məlumata görə, müğənni cinayətə görə axtarışa verilib, lakin hansı maddə ilə ittiham edildiyi məlum deyil.

Qeyd edək ki, Camala yarı Krım tatarı, yarı erməniəsilli ukraynalı müğənnidir. O, 2016-cı ilə Ukraynanı “1944” adlı mahnı ilə “Avroviziya” mahnı müsabiqəsində təmsil edib və qalib gəlib. Mahnı 1944-cü ildə Krım tatarlarının Mərkəzi Asiyaya deportasiyası zamanı müğənninin nənəsinin itirdiyi qızı haqqındadır, sözləri Camalanın özü tərəfindən yazılıb. Rus şərhçilər mahnının Rusiyanın  Krıma hərbi müdaxiləsi və Donbass müharibəsi ilə bağlı olduğunu, siyasi məzmun daşıdığını iddia ediblər. Lakin “Avroviziya” rəsmiləri hər hansı siyasi ismarışın olmadığını bildiriblər.

Sözügedən mahnını təqdim edirik:

Ayşən Mustafa
Globalinfo.az