Rusiya Ukraynadakı müharibədə qalib gəlsə, Şərqi Avropadan böyük miqrasiya dalğası olacaq.
Globalinfo.az xəbər verir ki, bunu Fransa Baş naziri Qabriel Attal deyib.
Onun sözlərinə görə, Ukraynanın işğalı daha çox Baltikyanı ölkələr və Polşada miqrasiyanı gücləndirəcək:
“Yəqin ki, Avropaya böyük miqrasiya dalğası olacaq. Ukraynanın qonşuluğundakı ölkələr düşünəcəklər ki, növbəti onlardırlar”.
Attal Kiyevin məğlubiyyətinin buğda bazarının destabilizasiyasına, istehsalatda inflyasiyaya və enerji qiymətlərinin artmasına gətirib çıxaracağını deyib.
Əliyar Xəlil
Globalinfo.az