Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvanın Ukraynada rusların və rusdilli əhalinin hüquqlarının tam bərpasın təmin edəcəyini bəyan edib.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, Rusiya XİN rəhbəri Ukraynanı bu insanlara qarşı terror həyata keçirməkdə ittiham edib.
S. Lavrov Ukrayna ərazisindən gələn bütün təhlükələrin aradan qaldırılmasının vacibliyini vurğulayıb:
“Rusiya Ukraynada rusdilli əhalinin hüquqlarının tam bərpa olunmasına nail olacaq. Kiyev rejimi bu insanlara qarşı açıq şəkildə terror siyasəti yürüdür və biz buna biganə qala bilmərik”.