d9fd5ceb6844147bc085e850743480b5

Estoniya Rusiyanı hava məkanını pozmaqda ittiham edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Hadisə martın 18-də Vaindlo adası yaxınlığında baş verib. Rusiyaya məxsus “Su-30” qırıcı təyyarəsi Estoniya hava məkanına daxil olaraq təxminən bir dəqiqə orada qalıb”, – deyə bildirilib.

Nazirlik Rusiya Federasiyasının müvəqqəti işlər vəkilini etiraz notası təqdim etmək üçün çağırıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: