Rusiya səfirliyi Argentina hökumətinə nota verdi

wr 960

Rusiyanın Argentinadakı səfirliyi ölkənin Xarici İşlər Nazirliyinə nota verib.

Globalinfo.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin rəhbəri Dmitri Feoktistov məlumat yayıb.

Qeyd olunub ki, rusiyalı diplomatın yolda saxlanılaraq üzərində axtarış aparılması səbəbilə Argentinanın Xarici İşlər Nazirliyinə etiraz bildirilib.

“Mən Argentina XİN və Təhlükəsizlik Nazirliyinə qarşı növbəti etiraz notasını imzalamalı oldum. Birinci dəfə dekabrın 25-də sükan arxasında sərxoş vəziyyətdə əyləşməklə bağlı reydlər zamanı üç avtomobilimizin saxlanılması səbəbilə etiraz təqdim etmişdik. O zaman bu hadisəyə görə təhlükəsizlik naziri Patrisiya Bulriç və Argentina XİN bizdən üzr istədi. Lakin təəssüf ki, bu hadisə təkrarlandı. Bu, bizi çox narahat etdi və bununla bağlı Argentina hökumətinə müraciət ünvanladıq və xahiş etdik ki, bir daha bu halın təkrarlanmaması üçün tədbir görülsün”, – deyə Feoktistov deyib.

Aysel Əliyeva
Globalinfo.az