İran və Rusiya arasında gərginlik – 3 ada gündəmdə

Rusiya səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Globalinfo.az xəbər verir ki, bununla bağlı İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, səfir Rusiya və Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası ölkələrinin xarici işlər nazirləri arasında İranın üç adası – Əbumusa, Böyük və Kiçik Tunbla bağlı strateji danışıqların altıncı raundunun yekun bəyanatında yer alan məzmundan sonra XİN-ə çağırılıb.

Görüşdə İran XİN Körfəz İdraəsinin müdiri Əlirza Enayati Rusiya səfirilə keçirdiyi görüşdə adaların İrana aid olduğunu vurğulayıb. Ə.Enayati Rusiyanın İranın ərazi bütövlüyünüə hörmət etməli olduğunu bildirib.

Tahir Turan 
Globalinfo.az