sefir

Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov XİN-ə çağırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Fransa XİN məlumat yayıb.

Bildirilib ki, səfirin çağırılmasına səbəb Rusiya ordusunun Kiyevdəki hədəflərə son hücumu olub.

Paris bu hücumu xarici diplomatlar üçün “qəbuledilməz təhlükə” adlandırıb.

Fransa həmçinin, Ukraynaya dəstəyini davam etdirəcəyini vurğulayıb:

“Rusiya tərəfi Ukraynaya qarşı son əməliyyatın Luqanskdakı Starobilsk kollecinə PUA hücumuna cavab olduğunu deyib”.

Hadisə Rusiya–Fransa münasibətlərində gərginliyin artdığı fonunda baş verib.

Qeyd edək ki, mayın 22-nə keçən gecə Ukraynaya məxsus pilotsuz təyyarələr Starobilsk şəhərindəki kollecə hücum edib. Nəticədə yataqxana binası qismən uçub, onlarla insan yaralanıb.

İki gün sonra Rusiya Müdafiə Nazirliyi buna cavab olaraq Ukraynaya kütləvi hücum başlatdığını açıqlayıb.

Əməliyyatda “Oreshnik”, “Isgəndər”, “Tsirkon” və “Kinzhal” raketləri, dronlar və qanadlı raketlər iştirak edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: