Rusiya Qərb ölkələri ilə dialoqdan imtina etmir – Putin

“Rusiya Qərb ölkələri ilə dialoqdan imtina etmir, seçim onlarındır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin andiçmə mərsimindən sonrakı ilk çıxışında deyib.

V.Putin bildirib ki, Rusiya üçün əsas məsələ xalqın çoxəsrlik dəyərlərin və ənənələrin qorunmasıdır:

“Rusiya çoxqütblü dünya nizamının formalaşdırılması istiqamətində tərəfdaşlarımızla birlikdə işləməyə davam edəcəyik. Biz daxili qarışıqlığın faciəvi nəticələrini xatırlamalıyıq, ona görə də Rusiyanın siyasi sistemi sabit olmalıdır. Ölkəmiz minlərlə illik tarixinə və əlçatmaz zirvələrə çatan əcdadlarına görə məsuliyyət daşıyır. Hər şeyi edəcəyik ki, vətənə sədaqətini əməli ilə sübut etmiş insanlar dövlət idarəçiliyində rəhbər vəzifələrə gəlsinlər”.

Ayşən Mustafa
Globalinfo.az