Gələn həftə onların adlarını açıqlayacağam – Badalyan

 

Rusiya Ermənistanın Baş naziri Nikol Paşinyana yaxın iş adamlarına qarşı sanksiyalar tətbiq edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Məsələyə münasibət bildirən erməni bloger Mika Badalyan həmin iş adamlarının adlarını açıqlayacağını deyib.

“Gələn həftədən Rusiyaya girişi qadağan edilən Nikolun adamları haqqında danışmağa davam edəcəyəm. Eyni zamanda hökumətə sponsorluq edən və bunun üçün pul ödəyən biznes nümayəndələrinin də adları üzə çıxacaq”, – Badalyan qeyd edib.

Globalinfo.az