Rusiya ordusu Dnepr çayının sol sahilinə keçir – Şoyqu əmr verib

Rusiya Ukrayna cəbhəsi ilə bağlı yeni taktika hazırlayıb. Müdafiə naziri Sergey Şoyqu ordunun Dnepr çayının sol sahilinə keçməsini əmr edib.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Şəxsi heyət və texnikanın təhlükəsiz şəkildə çaydan keçirilməsi əmr edilib. Əmrin icrası general Sergey Surovkinə həvalə olunub.

Öz növbəsində Surovkin bildirib ki, Dnepr çayı boyunca müdafiə mövqeyi tutmaq daha məqsədəuyğundur.