Rusiya Federasiyasının Ukraynaya tammiqyaslı hücumu zamanı 18 ay ərzində birbaşa hərbi xərclər və itirilmiş texnikasının dəyəri təxminən 167,3 milyard dollar təşkil edir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.
Bildirilir ki, Rusiya Ukrayna ilə müharibəyə hər gün təxminən 300 milyon dollar xərcləyir. Buna baxmayaraq, Moskva hərbi büdcəsini ikiqat artırır və rus əsgərinin dəyəri getdikcə azalır.
Rusiya Federasiyasının Baş Qərargahının məlumatlarına əsaslanan “Forbes” hesablamalarına görə, müharibənin 18 ayı ərzində (24 fevral 2022-ci ildən 24 avqust 2023-cü ilə qədər) Rusiya Federasiyasının birbaşa hərbi xərcləri və itirilmiş texnikasının dəyəri təxminən 167,3 milyard dollar təşkil edir.