kfdrl

Rusiya ordusunun Ukraynanın bir neçə böyük şəhərinə raket zərbələri endirməsi nəticəsində azı 9 nəfər həlak olub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hücumlar zamanı Kiyevdə yerləşən və UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmiş Kiyev-Peçersk Lavra kompleksində yanğın qeydə alınıb, Üspen (Uspenski) kafedralının damı alovlanıb.

Ukraynanın daxili işlər naziri İqor Klimenkonun məlumatına görə, Xarkov şəhərinə endirilən zərbələrdən sonra aparılan xilasetmə əməliyyatları zamanı 5 xilasedici həyatını itirib, azı 5 nəfər isə yaralanıb.

Paytaxt Kiyevdə də hücumlar nəticəsində daha 4 nəfərin öldüyü bildirilib. Şəhərdə hava hücumundan müdafiə sistemləri işə düşüb, sakinlər sığınacaqlara üz tutublar.

Hadisə şahidlərinin sözlərinə görə, kafedral ətrafına çoxsaylı yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğın həm binanın daxilindən, həm də xüsusi platformalar vasitəsilə söndürülməyə çalışılıb. Katedralın damının bir hissəsinin dağıldığı və alovların binanı bürüdüyü qeyd olunur.

Əlavə edilib ki, Ukraynanın Rusiya ərazisinə endirdiyi zərbələr nəticəsində Moskvanın cənubunda 3 nəfərin öldüyü bildirilir.

Qeyd edək ki, Kiyev-Peçersk Lavra monastırı son illərdə Ukrayna ilə Rusiya arasında dini və siyasi mübahisələrin mərkəzində olub. Ukrayna Pravoslav Kilsəsi 2022-ci ildə rəsmi olaraq Rus Pravoslav Kilsəsindən ayrıldığını elan etmiş, daha sonra Kiyev Moskva ilə əlaqəli dini qurumların fəaliyyətinə məhdudiyyətlər tətbiq etmişdi.

SnapInsta.to 724068956 1436053041901002 43638508010858002 n
SnapInsta.to 723948642 1436052925234347 6020189872058228985 n
SnapInsta.to 725059710 1436051795234460 7329542330093255968 n
SnapInsta.to 724466508 1436052805234359 1963092282937514435 n
SnapInsta.to 724631367 1436052261901080 1764110161404204415 n
SnapInsta.to 724858735 1436052108567762 1512437906464103392 n
SnapInsta.to 724937589 1436052001901106 519636023936540096 n
SnapInsta.to 724158992 1436051878567785 340091057671116084 n
SnapInsta.to 722218623 1436052398567733 3898284738013765789 n
SnapInsta.to 724590218 1436052681901038 1733848150620641241 n

Paylaş: