zelenski

Rusiya ilə münaqişənin sonu atəşkəslə başlamalıdır.

Globalinfo.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Teleqram kanalında qarşıdurmaya son qoymaq üçün belə bir şərt irəli sürüb.

“Bu müharibənin sonu qeyd-şərtsiz atəşkəslə, tələb olunan sükutla başlamalıdır. Hər kəs bu mövqeni başa düşür və dəstəkləyir”, – Zelenski Hindistanın Baş naziri Narendra Modi ilə söhbəti barədə məlumat verərkən yazıb.

“Şəhərlərimiz davamlı atəş altında olanda sülhdən danışmaq mümkün deyil”, – Zelenski bildirib.

Ukrayna liderinin sözlərinə görə, Hindistan atəşi dayandırmaq üçün lazım olan səyləri göstərməyə hazırdır.

Paylaş: