franda

“Rusiyadan qaynaqlanan müəyyən təhlükə realdır və onu kiçiltmək  məsuliyyətsizlik olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Loran Nyunez deyib.

“Biz real, yaxşı sənədləşdirilmiş təhlükədən – Rusiyanın apardığı hibrid müharibə təhlükəsindən danışırıq”, – o bildirib.

Eyni zamanda, Fransa DİN rəhbəri ölkə ərazisində heç bir diversiyanın baş vermədiyini qeyd edib.

Bununla belə, nazir hökumətin infrastrukturların qorunması ilə bağlı planları həyata keçirərək sözügedən “təhlükəyə” qarşı mübarizə aparacağını bildirib.

Qedy edək ki, sentyabrın 8-də Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı Moskvanın Avropaya qarşı hər hansı aqressiv planının olmadığını deyib.

Bundan əvvəl isə Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşdə Rusiyanın NATO-ya hücum edə biləcəyi ilə bağlı açıqlamaları “sadəcə cəfəngiyyat deyil, həm də təxribat” adlandırıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: