Rusiya ordusunun Ukraynanın Krivoy Roq şəhəri yaxınlığında yerləşən yaşayış binasına endirdiyi ölümcül zərbədə Şimali Koreya istehsalı olduğu iddia edilən raketdən istifadə olunduğu bildirilir.
Glolobalinfo.az xəbər verir ki, hücum nəticəsində yaşayış binası ciddi dağıntıya məruz qalıb və insan tələfatı qeydə alınıb.
Hazırda raketin mənşəyi ilə bağlı iddialar araşdırılır. Bununla bağlı nə Rusiya, nə də Şimali Koreya tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, Moskvanın Pxenyandan silah və sursat aldığına dair iddialar daha əvvəl də beynəlxalq səviyyədə səsləndirilsə də, Rusiya və Şimali Koreya bu ittihamları dəfələrlə rədd ediblər.
Tahir Turan
Globalinfo.az