Rusiya hədələdi: Təyyarəmizi vursanız, müharibə elan edəcəyik!

Əgər ABŞ Rusiya təyyarələrini neytral hava məkanında vurmağa başlasa, bu, müharibə elanına bərabər olacaq.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.

“Rusiya təyyarələrinə neytral zonada məqsədyönlü hücum təkcə beynəlxalq hüquqa görə cinayət deyil, həm də nəhəng nüvə gücünə qarşı açıq müharibə elanıdır. Rusiya ABŞ-la insidentlərin qarşısını almaq üçün kontaktlarını davam etdirir”, – o bildirib.

Qeyd edək ki, Qara dənizdə ABŞ PUA-sının qəzaya düşməsindən sonra senator Lindsi Qrem Rusiya təyyarələrinin vurulması təklifi ilə çıxış edib. O, Vaşinqtonun baş verənlərə lazımi reaksiya göstərmədiyini və ABŞ xarici siyasətinin məhv olduğunu bildirib.

İlkin Həsənov
Globalinfo.az