Rusiyadan kritik bəyanat: Gürcüstanda çevriliş başladı

ABŞ və Avropa Birliyi Gürcüstanda antikonstitusion dövlət çevrilişi etməyə çalışırlar.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Dövlət Quruculuğu Komitəsinin sədri Andrey Klişas deyib.

“ABŞ və Avropa Birliyi öz ərazilərində istənilən xarici müdaxiləni məhdudlaşdırırlar. Lakin Gürcüstanın ölkə ərazisində xarici maliyyələşmə ilə bağlı baş verənləri başa düşmək cəhdinə cavab olaraq Tbilisidə antikonstitusion dövlət çevrilişi etmək qərarı veriblər. ABŞ və AB Gürcüstan hökumətini etirazçılara münasibətdə səbirli davranmağa çağırır, amma ABŞ polisi Konqresə hücum zamanı etirazçılara atəş açırdı”, – o bildirib.

Qeyd edək ki, Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası və “Xalqın günü” hərəkatı parlamentdə 1-ci oxunuşda qəbul edilmiş “xarici agentlər” haqqında qanunu geri çəkib.

İlkin Həsənov
Globalinfo.az