Ermənistandan xəbərlər gəlir, ancaq gerçək deyil – Kopirkin

“Ermənistan rəsmiləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclaslarında iştirak etməsələr də, İrəvanın təşkilatdan çıxmaq fikri yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin deyib.

“Biz ilk növbədə Ermənistan rəsmilərinin bəyanatlarına diqqət edirik. Bu bəyanatlara əsasən isə KTMT-dən çıxmaq hazırda rəsmi İrəvanın gündəliyində deyil. Həmçinin gələn il Ermənistan Avrasiya İqtisadi İttifaqına rəhbərlik edəcək. O cümlədən Rusiya və Ermənistan hərbi-texniki əməkdaşlıq sahəsində yeni sazişlərin imzalanmasını müzakirə edirlər”, – S.Kopirkin bildirib.

Ayşən Mustafa
Globalinfo.az