Rusiya bazası Ermənistandan çıxarılır? – Kremldən cavab

“Biz kağız üzərində olan razılaşmalara əsaslanırıq”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasına dair fikirləri şərh edərkən söyləyib.

XİN sözçüsü bildirib ki, konkret addımlara konkret reaksiyalar veriləcək.

“Ehtimallarla analitiklər məşğul olurlar. Biz yalnız baş tutmuş hadisələrə şərh veririk”, – o bildirib.

Qeyd edək ki, Ermənistanın Roma Statutunu ratifikasiya etməsi Rusiya ilə münasibətlərdə gərginliyi pik həddə çatdırıb.

Əliyar Xəlil
Globalinfo.az