Şübhə var: Türkiyə Ermənistana hücum etsə… – Simonyan

“Azərbaycanla sərhəd Tavuşdan çəkilməlidir, biz bu proses nəticəsində iki ölkə arasında sərhəd xətlərini müəyyənləşdirəcəyik”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

Spiker Rusiya sərhədçilərinin Zvartnots beynəlxalq hava limanından çıxarılması məsələsinin dəqiqləşdiyini bildirib:

“Rusiya sərhədçiləri avqustun 1-dən “Zvartnots”dan çıxarılacaq. Bu məsələ artıq həll olunub, Moskva ilə hər hansı əlavə danışıqlar aparılmır. Lakin Ermənistan Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə sərhədindən çıxarılması məsələsini müzakirə etmir. Mənim Türkiyənin nə zamansa Ermənistana hücuma keçəcəyi təqdirdə Rusiya sərhədçilərinin ölkəmizin müdafiəsi üçün nə isə edəcəyinə şübhəm var”.

Ayşən Mustafa
Globalinfo.az