Rus politoloqun sualı erməniləri hiddətləndirdi

Rusiyalı politoloq, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko yenə də erməniləri özündən çıxaran paylaşım edib.

Globalinfo.az Publika.az-a istinadla xəbər verir ki, Korotçenko sosial şəbəkədə bildirib ki, Azərbaycan və Türkiyəni şeytanlaşdırmaq üçün qlobal erməni diasporu milyonlarla dolları boş yerə xərcləyib.

“Mən həmişə sual vermişəm: niyə dünyanın hər yerindən yəhudilər İsrailə gedirlər, onu inkişaf etdirirlər, halbuki ermənilər Ermənistan tərk edirlər, hər il əhali azalır”, – Korotçenko qeyd edib.

Onun bu fikirləri erməniləri hiddətləndirib. Siyasi ekspertin məntiqli sualı qarşısında aciz qalan ermənilər onu Azərbaycanın tərəfini tutmaqda ittiham ediblər.