thumbs b c de39626340252c3a5f0ed46ce15cf102

“Rusiya ordusu növbəti ay yarım müddətində heç bir istiqamətdə aktiv hücum həyata keçirməyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Milli Qvardiyasının komandanı, briqada generalı Aleksandr Pivnenko deyib.

O, Ukrayna ordusunun bu müddətdə hazırlıq görməli olduğunu bildirib:

“Önümüzdəki ay yarım ərzində ruslar əsasən müdafiəyə keçəcəklər, heç bir aktiv hücum olmayacaq. Ukrayna bu müddətdə bölmələr yaratmalı və hazırlıq görməlidir. Biz bundan sonra həmişə özümüzü müdafiə etməli olacağıq. Bu səbəbdən güclü ordu qurmalıyıq”.

Azov briqadasının qərargah rəisi Boqdan Kroteviç isə cəbhədə vəziyyətin yayda da çox gərgin olduğunu deyib:

“Ruslar hər zaman olduğu kimi bizi ən həssas anımızda tutmağı bacardılar. Media bizdən düşmənin hücumlarını qiymətləndirməyimizi istəyir. Nə ehtiyac var? Bunu edə bilməyəcəyimizi hansı şəkildə başa salmalıyıq? Bu bizim müdafiəmizi zəiflədə bilər”.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: