Rus əsgərlərin kazarmada başı kəsildi

Krımda, Yevpatoriya yaxınlığındakı hərbi hissələrdən birində 14 rus əsgərin meyiti tapılıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, hərbçilər yatarkən bıçaqlanaraq öldürülüblər.

“Mənbələrin məlumatına görə, hərbçilər yuxuda öldürülüblər. Naməlum diversantlar bəzilərini ürək nahiyəsindən zərbələr endirərək öldürüblər, bəzilərinin isə boğazları kəsilib. Onların mühafizəçilərdən yan keçərək kazarmalara necə girdiyini heç kim anlamır. Ehtimal edilir ki, eyni diversantlar Sevastopolda olduğu kimi növbəti hadisəni törədiblər. Onların axtarışları davam etdirilir”, – məlumatda deyilir.