K2FH trumptan papa 14 leoya sert sozler boyle bir papa istemiyorum

ABŞ Prezidenti Donald Tramp dövlət katibi Marko Rubio vasitəsilə Papa XIV Leoya mesaj göndərib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Naşa Niva” məlumat yayıb.

Qeyd olunub ki, İranın nüvə silahına sahib olması yolverilməzdir və bu mövzu beynəlxalq təhlükəsizlik baxımından ciddi narahatlıq doğurur.

Diplomatik tonla çatdırılan bu mesaj Vaşinqtonun İranın nüvə proqramı ilə bağlı mövqeyinin dəyişməz qaldığını göstərir.

Qeyd edək ki, bir müddət öncə Papa XIV Leo ABŞ Prezidenti Donald Trampın tənqidlərinə cavab vermişdi.

“Kilsənin missiyası sülhü təbliğ etməkdir. Əgər kimsə məni buna görə tənqid etmək istəyirsə, qoy bunu dürüstcə etsin”, – deyə o bildirmişdi.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: