ABŞ Dövlət katibi Mark Rubio ilə Fransanın xarici işlər naziri Jan-Noel Barro arasında telefon danışığı olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.
İki ölkə rəsmisi İranın heç vaxt nüvə silahı istehsalı ilə məşğul olmaması və onu başqa yollarla əldə etməməsinə dair öhdəliklərini təsdiqləyiblər.
“Həmçinin Qəzzada humanitar vəziyyət və atəşkəsə nail olmaq səyləri, Rusiya-Ukrayna müharibəsinin dayandırılması, Ermənistan və Azərbaycan arasında sülhün təmin edilməsi, eləcə də Sudanda davam edən münaqişə müzakirə edilib”, – bəyanatda qeyd olunur.
Əliyar Xəlil
Globalinfo.az