Ronaldonun transfer qiyməti 5 milyon azaldı

Portuqaliya millisinin və “Əl-Nəsr”in futbolçusu Kristiano Ronaldonun transfer qiyməti 15 milyon avroya düşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Transfermarkt” məlumat yayıb.

Qeyd edək ki, Ronaldo “Əl-Nəsr”ə 2022-cü ilin dekabrında azad agent kimi keçib.

Ronaldo ötən mövsüm Səudiyyə Ərəbistanında 16 oyuna çıxıb, 14 qol vurub və 2 qolun ötürməsini verib.