Serxio Ramos keçmiş klubuna qayıdır

İspaniya millisinin müdafiəçisi Serxio Ramos “Sevilya” ilə qısamüddətli müqaviləyə imza atacaq.

Globalinfo.az-ın xəbərinə görə, bu barədə insayder Fabritsio Romano məlumat verib.

Artıq tərəflərin razılığa gəldiyi bildirilir.

Qeyd edək ki, Serxio Ramos daha əvvəl “Sevilya”da çıxış edib. İspaniyalı həmçinin karyerası ərzində “Real Madrid” və PSJ klublarının da formasını geyinib.

Xatırladaq ki, ispaniyalı ulduzun adı Səudiyyə Ərəbistanı təmsilçiləri ilə yanaşı Türkiyənin “Qalatasaray” klubu ilə də hallanırdı.