Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldo virusa yoluxub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Əl-Nəsr” məlumat yayıb.
39 yaşlı ulduz xəstəlik səbəbindən Asiya Çempionlar Liqasının I turunda İraqın “Əl-Şorta” klubu ilə səfər matçını buraxacaq.
Qeyd edək ki, “Əl-Şorta” – “Əl-Nasr” oyunu sentyabrın 16-da Bağdadda keçiriləcək.