Ronaldo bu kluba transfer olunacaq

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nassr” klubu ilə müqavilə imzalamağa hazırlaşır.

Globalinfo.az xəbər verir ki, bu barədə İspaniyanın “Marka” qəzeti məlumat yayıb.

Bildirilib ki, futbolçu hər mövsümü 200 milyon dollar olmaqla 2,5 illik müqavilə imzalayacaq.

Nəşr transferin ilin sonuna qədər baş tutacağını açıqlayıb.